Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-19 13:56:00
Üstün zəkalı dahi uşaqların 35 xüsusiyyəti

Qeyri-adi zəka sahibi olan insanların kəşfi üçün xüsusi üsulların inkişafı və yönləndirilməsi vacibdir.

İnkişaf etmiş ölkələrin bu mövzuya böyük önəm vermələri, hər il milyonlarla pul xərcləmələri, yüzlərlə kitab, minlərlə məqalə, onlarla jurnal bizi bu mövzuda hərəkətə təşviq etməlidir.

Aşağıdakı xüsusiyyətlərin hamısını hər ağıllı insanda görməyə bilərik. Amma sahib olduqları üstün xüsusiyyətləri güclü təhsillə dəyərləndirə bilənlər illər sonra cəmiyyət qarşısına dahi kimi çıxırlar.

AzEdu.az dahiləri uşaqlıqdan fərqləndirmək üçün onların 35 xüsusiyyətini təqdim edir:

-Yeni və praktiki bacarıqları inkişaf etdirib icra etmək qabiliyyəti;

-Bilmək, yaxud qavramaq tutumu;

-Düşdüyü durumların analizini etmək və problemləri həll edərkən analizlərdən istifadə;

-Problemləri əvvəlcədən görmək və qeyri-adi həll yolu tapmaq qabiliyyəti;

-İnformasiya bazası çox olsa belə, heç birini unutmamaq qabiliyyəti;

-İrəli səviyyələrə çatmış anlayış və empatiya qabiliyyəti;

-Qeyri-adi sayılan mövzularla maraqlanmaq;

-Sürətli düşünmək, sürətli şəkildə həll yoluna çatmaq;

-Ümumiləşdirmələr etmək, alternativlər yaratmaq mövzusunda uşaq yaşlarından inkişaf etmək;

-Xəyallarını layihə formasına sala bilmək;

-Dərin təfəkkür tutumu;

-Fərqliliklərə adaptasiya ola bilmək qabiliyyəti;

-Maraqlı, qəribə və orijinal nəticələr ortaya qoymaq;

-Zəngin söz bazasına malik olduğu qədər, qavrama xəzinəsinə sahib olmaq. Kəlmələrin köklərini və mənbələrini araşdırıb kəlmə və qavrama bilgisini qüvvətləndirmək bacarığı;

-Statistikalara müqayisəli, tənqid və təhliledici gözlə baxa bilmək;

-Dil öyrənmək bacarıqlarında üstünlük;

-Müəyyən bir mövzuda uzun müddət düşünə bilmək qabiliyyəti;

-Bənzər anlayışlar arasında müxtəlif nüansları ayıra bilmək qabiliyyəti;

-Estetik güc və simmetrik şeylərə maraq;

-Qarşısındakı insanın dedikləri ilə bərabər, əslində demək istədiklərini də təxmin etmək;

-Müəyyən bir hədəfə doğru irəliləmək bacarığı;

-Gözüaçıqlıq, özünün və ətrafındakı hadisələrin fərqində olmaq;

-İradəsinə hakim olmaq;

-İnadkar, qərarlı, hədəf yönümlü və bəzən macərapərəst davranışlar nümayiş etdirmək;

-İntizamlı, azad davranmaq;

-Kiçik yaşlardan özünü göstərən idealizm;

-Bilinməyən, gizli mövzulara maraq göstərmək;

-Çox bağlı olduğu mövzunu hər yerdə gündəmə gətirmək;

-Fiziki və intellektual inkişafda fərqli bir irəliləmə sürəti göstərmək;

-Gözəl və ədəbi sözlərdən xoşlanmaq;

-Xəyal gücünün qüvvətli olması;

-Öz istəklərini yerinə gətirmək, şəxsiyyətini kiçik yaşlardan inkişaf etmək;

-Bəzi zamanlarda öz-özü ilə yüksək səslə danışmaq;

-Sosial problemlərə düzgün diaqnoz qoymaq;

-Liderlik, qrup qurmaq, komanda yaratmaq və yönləndirmək.

Bill Gates-in zəkasını ortaya qoyan prinsiplər nələrdir?

Bill Gates ağıllı və uğurlu olmaq xüsusiyyətlərini şəxsində göstərən xarakterik bir nümunədir. Bəs Gatesin əsas uğur fəlsəfəsini hansı meyarlar meydana gətirir?

Birinci qayda: İrəlini görün!

Kiçik yaşlardan bəri kompüterin əhəmiyyətini və insan həyatından alacağı yeri çox yaxşı qavramışdı. Yəni böyük bir uzaqgörənlik sərgiləyərək gələcəyi görmüşdü. Yaxın dostu və Microsoft-un qurucu tərəfdaşı Paul Alenlə yaxın gələcəkdə hər kəsin evində və işində özünə aid kompüteri olacağına inanmışdı. Hədəfini buna görə qurdu.

İkinci qayda: Çox və planlı çalışın!

Bill Gates ağıllı idi, amma zəkanın tək başına kifayət etməyəcəyini, çox və planlı işləməli olduğunu bilirdi. Bir dostu ilə əlaqələrini kəsmək səbəbi həmin şəxsin işdən başqa vaxt keçirdiyi ümumi vaxtının – yuxu daxil –  sadəcə 7 saat olması idi. Gates bərabər çalışdığı insanlardan da eynisini gözləyirdi.

(bagcam.az)