Azərbaycanda müxtəlif bölgələri təmsil edən XI sinif şagirdləri 9 mart tarixində keçirilən buraxılış imtahanlarında yüksək nəticələr əldə ediblər.
Bu münasibətlə AzEdu.az Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Şəmkir şəhər kimya və biologiya təmayüllü liseyin XI sinif şagirdləri 2025-2026-cı tədris ili üzrə buraxılış imtahanlarında uğurlu nəticələr göstəriblər.
Belə ki, liseyin 11ç sinfində təhsil alan 15 şagirdin hamısı 200-dən yuxarı bal toplayıb, sinif üzrə orta nəticə isə 243 bal təşkil edib. Ümumilikdə lisey üzrə imtahanda iştirak edən 73 şagirddən 40-ı 200-dən yüksək bal toplayıb, orta göstərici 210 bal olub.
Ən yüksək nəticəni 11ç sinif şagirdi Emil Hüseynov göstərərək 290 bal toplayıb.

Eyni zamanda Şəmkir rayonunun Düyərli kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Eyvazlı Nuray Elmar qızı da imtahanda 290 bal toplayaraq yüksək nəticə əldə edib.