Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 09:00:00
Nobel mükafatına ev sahibliyi edən ölkənin təhsil özəllikləri  

Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər var.

Tələbələr öz istəklərinə uyğun və bilik göstəricilərinə müvafiq olaraq əcnəbi universitetləri seçirlər.

Azərbaycanlı gənclər isə daha çox Avropa ali təhsil müəssisələrində oxumağa üstünlük verir.

AzEdu.azbu dəfə İsveçdə təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir.

İsveç keyfiyyətli təhsil sistemi, həyat şəraiti və təhlükəsizlik baxımından yüksək reytinqə malik bir ölkədir. Ölkə ən üstün akademik mükafatlardan biri olan Nobel mükafatına ev sahibliyi edir. Təhsil müəssisələrində 350 - dən çox proqram ingilis dilində aparılır.

İsveçdə ilk məktəblər 13-cu əsrdə yaranıb. XIX əsrin ortalarındanməktəb kilsəyə tabe idi. 1936-cı ildə icbari 7illik, 1962-ci ildə icbari 9illik məktəbi bitirənlər orta təhsilini gimnaziyalarda davam etdirə bilirdi.

İsveç vətəndaşlarının əksəriyyəti ingilis dilini  bilmir. Orta məktəblərdə ingilis dili keçirilir.

 Orta məktəb sistemi  məktəbəqədər, ibtidai, orta  təhsil pillərini əhatə edir. Ölkədə  orta məktəb pilləsində təhsil 7 yaşdan başlanır. İsveç məktəblərində buraxılış imtahanları yoxdur. Burada doqquzillik məktəbdən sonra təhsilin davam etdirilməsi üçün müxtəlif qruplara bölünmələr müvəffəqiyyət dərəcəsindən asılı olmur.

Orta və ali məktəbin bütün pillələrində təhsil pulsuzdur. Bu ölkədə yalnız özəl universitetlərdə  ödənişli təhsil mövcuddur.

Tələbələr təhsil aldıqları müddətdə işləmək izninə malik olurlar.

İsveçdə təhsil haqqı universitetin və fakültənin keyfiyyətinə görə 8000-20000 avro arasındadır. Yaşayış xərcləri isə bir ay üçün 850 avro civarındadır. İstər birdəfəlik, istərsə də çoxsaylı girişin olmasından asılı olmayaraq İsveç üçün təyin edilən viza rüsumu 35 avrodur.

İsveçdə magistr pilləsində təhsil almaq istəyənlərin bakalvr balı 70-80-dən az olmamalıdır. Həmçinin magistr təhsil almaq istəyən şəxsin İELTS göstəricisi 6.5-dən az olmamalıdır.

İsveç universtetlərinə deadline isə oktyabrdan başlayaraqyanvar ayına kimi davam edir.

Qeyd edək ki,İsveçin təhsilə ayırdığı büdcə OECD ölkələri arasında 4.9% GSMH ilə ən yüksəkdir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları