Azedu.az

Elm idarəetmədə əsas rol oynayır

Xəbərlər

Müəllimlər və elm adamları

19 Fevral 2026, 16:39
Elm idarəetmədə əsas rol oynayır

"Qlobal iqtisadiyyatın bilik əsaslı modelə keçidi idarəetmə sistemlərinin məzmununu köklü şəkildə dəyişdirdi Ənənəvi idarəetmə yanaşmalarında elm daha çox tətbiqi xarakterli, sifarişə uyğun “xidmət funksiyası” daşıyırdı. Bu modeldə elmi institutlar qərarların icrasında texniki dəstək rolunda çıxış edir, lakin qərarların strateji məzmununun formalaşdırılmasında iştirak etmirdi".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professor bildirib ki, müasir inkişaf mərhələsində elmin rolu dəyişib:

"Elm artıq yalnız texniki ekspertiza deyil, strateji proqnozlaşdırma, risk analizi və uzunmüddətli planlaşdırmanın əsas platformasına çevrilməlidir. Əks halda, idarəetmə sistemi reaktiv xarakter daşıyır və qlobal dəyişikliklərə adekvat cavab verə bilmir.

İdarəetmə düşüncəsində əsas dönüş aşağıdakı istiqamətlərdə baş verməlidir: Empirik tədqiqatlara, statistik modellərə, risk ssenarilərinə və iqtisadi simulyasiyalara əsaslanmalıdır. Bu modeldə elm qərarların “təsdiqləyicisi” deyil, onların başlanğıc nöqtəsi olur.

Müasir dövlətlərdə uzunmüddətli inkişaf proqramları elmi analitik mərkəzlərin iştirakı ilə hazırlanır. Elmin institusional şəkildə qərarverməyə inteqrasiyası strateji sabitliyin əsas şərtidir.Elmi biliklər iqtisadi siyasətə daxil olmadıqda, innovasiya sistemi zəifləyir. İnsan kapitalının inkişafı və məhsuldarlığın artımı isə birbaşa elmi-tədqiqat fəaliyyətinin effektivliyindən asılıdır".

Bilik iqtisadiyyatı şəraitində insan kapitalı əsas strateji resursdur

"İnsan kapitalının keyfiyyəti isə təhsilin, elmin və innovasiya sisteminin effektivliyindən asılıdır.Elm strateji qərarların mənbəyinə çevrildikdə fiskal siyasət daha rasional qurulur, investisiya prioritetləri optimallaşdırılır, egional inkişaf balanslaşdırılır, milli təhlükəsizlik konsepsiyası bilik əsaslı yanaşma üzərində formalaşır.

Əsas dönüş idarəetmə düşüncəsində baş verməlidir. Elm yalnız icraedici və ya konsultativ struktur kimi deyil, strateji qərarların formalaşmasının intellektual platforması kimi qəbul edilməlidir. Elmin qərarvermə sisteminə inteqrasiyası olmadan, davamlı inkişaf modeli formalaşa bilməz. İnnovasiya sıçrayışı baş verməz, insan kapitalının potensialı tam reallaşmaz.Buna görə də dövlət siyasətində və təşkilati idarəetmədə bilik əsaslı modelin tətbiqi artıq seçim deyil, zərurətdir".

İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı
Son xəbərlərDaha çox