Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 14:16:00
“Qəbul qaydalarının tələbi ilə Riyaziyyat dərsliklərinin materialları  üst-üstə düşmür” – Müəllimdən etiraz

“Orta məktəb bünövrəsi olmayan şagird  DİM  toplusundakı  materialları çətinlikə  mənimsəyir. Əgər müəllim şagirdə, sadəcə dərsliyin standartlarına uyğun formada dərs keçsə, bu zaman onda  çətin ki, baza formalaşsın”.

Bu sözləri  AzEdu.az-a açıqlaması  zamanı  Riyaziyyat  müəllimi  Elşən Əliyev deyib. O, ali məktəblərə  qəbul  imtahanları zamanı istifadə olunan və Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi test topluları barədə danışıb:

“Uzun müddətdir, DİM-in test toplularından istifadə edirəm. Əminliklə deyə bilərəm ki, orta məktəb bünövrəsi olmayan şagird topludakı materialı çətinlikə mənimsəyir. Dərsliklərə gəlincə, əgər müəllim şagirdə, sadəcə dərsliyin standartlarına uyğun formada dərs keçsə, bu zaman şagirddə çətin, baza formalaşsın”.

“Yeni qəbul qaydalarının tələbi ilə dərsliklərdəki mövzular uzlaşmır”

Müəllim dərsliklərdəki problemlərə toxunaraq qeyd edib ki, çatışmazlıq sadəcə kurikulum dərsliklərində müşahidə olunmur:

“Ali məktəblərə qəbul qaydalarının tələbi ilə Riyaziyyat dərsliklərinin materialları  üst-üstə düşmür. Problem ənənəvi dərsliklər üçün də keçərlidir.

Dərsliklər  ibtidai dən başlayıb, yuxarı siniflərə qədər  ağır dildə tərtib olunub”.

Xatırladaq ki, XI siniflər üzrə buraxılış imtahanları, yəni qəbulun ilkin mərhələsi aprel ayında təşkil olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları