Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-08 21:12:00
Ümumi müsahibəyə qeydiyyat davam edir - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı davam edir. Ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada aparılır. DİM-dən AzEdu.az-a verilən məlumata görə, yanvarın 8-nə olan məlumata görə, 11 nəfər qeydiyyatdan keçib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 30-u isə B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-dək saat 18.00-a qədər DİM-in internet portalında qeydiyyatdan keçməlidirlər.