https://www.zirve.edu.az/
08.01.2019 20:29
Azərbaycanlı şagirdlər beynəlxalq  olimpiadaya yola düşdü
Çap et

Yanvarın 9-da Qazaxıstanın Almatı şəhərində 15-ci Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) öz işinə başlayacaq. AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, olimpiadada Azərbaycanı 14 şagird təmsil edəcək. Belə ki, ölkəmizi informatika fənni üzrə 4, riyaziyyat fənni üzrə 6, fizika fənni üzrə 4 iştirakçı və 2 rəhbər olmaqla 16 nəfərlik heyət təmsil edir.

 

15-ci Beynəlxalq Jautıkov Olimpiadası yanvarın 15-dək davam edəcək.