Azedu.az

Magistraturaya qəbul: ixtisas dəyişmə qaydaları necədir?

Xəbərlər

Magistratura

12 Yanvar 2026, 16:19
Magistraturaya qəbul: ixtisas dəyişmə qaydaları necədir?

Bu gün bakalavr təhsilini bitirmiş şəxslər istədikləri ixtisas üzrə magistratura təhsili ala bilmirlər. Belə ki, magistratura ixtisası, adətən, bakalavr pilləsində təhsil alınan ixtisasla uyğun olmalıdır. Lakin MBA ixtisası bu baxımdan istisnadır və bir çox tələbə tərəfindən seçilir.

Bu zaman sual yaranır: hansı hallarda bakalavr ixtisasını magistratura səviyyəsində dəyişmək mümkündür və MBA proqramını niyə demək olar ki, bütün bakalavr ixtisaslarını bitirənlər seçə bilirlər?

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.

Müsahibimiz qeyd edib ki, MBA ixtisası biznesin idarə edilməsi ilə bağlıdır və istiqamətləri kifayət qədər genişdir:

“Bakalavr ixtisasını bitirənlər, adətən, ya öz ixtisaslarına yaxın bir sahə üzrə magistratura ixtisası seçirlər, ya da alternativ olaraq jurnalistika və ya MBA (Biznesin idarə edilməsi) ixtisaslarına üstünlük verirlər.

Jurnalistika ixtisası ilə bağlı onu qeyd edim ki, bunun əsas səbəblərindən biri insanların öz sahələrinə aid biliklərdən istifadə edərək çalışdıqları qurumu düzgün şəkildə təmsil etmələri və fikirlərini daha aydın ifadə edə bilmələridir.

MBA ixtisasına gəldikdə isə, bu ixtisas biznesin idarə edilməsi ilə bağlıdır və istiqamətləri kifayət qədər genişdir. Məsələn, biznesin idarə edilməsi, marketinq, menecment, bank sektoru, sığorta, maliyyə, ümumi idarəetmə, e-commerce, insan resursları, sığorta istiqaməti, təlim və səhiyyə kimi sahələr mövcuddur. Yəni bu sahələrin hər birində idarəçilik ixtisasını seçmək mümkündür”.

Magistratura səviyyəsində ixtisas dəyişdikdə profillərin çox geniş olmaması normal hal kimi qiymətləndirilir:

“Bu ixtisasın seçilməsi üçün konkret bir bakalavr ixtisası tələbi qoyulmur. Yəni istənilən ixtisas üzrə bakalavr təhsili olan şəxs bu proqramı seçə bilər. Burada əsas məqsəd həmin sahələr üzrə gələcəkdə rəhbər vəzifələrdə çalışmaq istəyən şəxslərin idarəçilik üzrə magistr təhsili alaraq təcrübə qazanmalarıdır.

Xüsusilə iki istiqamət mövcuddur: ikillik (2 illik) və birillik yarımlıq (1,5 illik) proqramlar. İkillik proqramda dissertasiya yazılıb müdafiə olunur və gələcəkdə bu ixtisas üzrə doktorantura təhsilini davam etdirmək imkanı yaranır. Doktorantura istiqamətində davam etmək istəməyənlər isə 1,5 illik proqramı seçərək magistr təhsilini başa vurur və daha sonra bu ixtisas üzrə əmək fəaliyyətində istifadə edirlər.

Qeyd etdiyimiz kimi, magistratura səviyyəsində ixtisas dəyişdikdə profillər çox geniş olmur və bu, normal haldır. Yalnız MBA istiqaməti bu baxımdan fərqlənir. MBA proqramları əsasən ödənişli əsaslarla təşkil olunur və bu səbəbdən bu ixtisası seçmək istəyən hər kəs müraciət edərək təhsil ala bilər”.

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox