Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-02 14:00:00
Yüzlərlə gəncin narahatlığı – Magistratura oxuyub müdafiə etməyənlər sonradan necə diplom ala bilər?

 

Magistratura pilləsində təhsil alan hər tələbə tədris prosesinin sonunda  magistr dissertasiyasını müdafiə etməlidir. Magistr dissertasiyasını uğurla müdafiə edən  şəxslərə vahid dövlət nümunəli diplom verilir. Lakin bəzi hallarda tələbələr tədris boyu dərslərdə iştirak edib, imtahanlardan uğurla keçsələr  də müxtəlif səbəblərdən dissertasiya müdafiəsində iştirak etmirlər.

Bəs dissertasiya müdafiəsində iştirak etməyən magistrlara diplom verilirmi?

AzEdu.az xəbər verir ki, magistr dissertasiyasının müdafiəsi yalnız üzrlü səbəblərolduqda, müəyyən olunmuş qaydalar əsasında başqa vaxta keçirilə bilər. Dissertasiya işinin müdafiəsinə girməyən magistrant illər ərzində passiv magistr kimi qalır və 3 il müddətində elmi iş müdafiə edə bilər.Əgər 3 il tamam olubsa, onda həmin magistr kontingentdə saxlanılır. Tədris planı dəyişsə, onun üçün fənlərin ekvivalensiyası edilir. Bu zaman elə fənlər olur ki, yeni tədris planında krediti artır və həmin fənnlər kəsr olaraq yazılır. Magistr yenidən həmin fənnlərdən alt qrupda oturmalıdır.Ödənişsiz və ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq  tələbə passivə çevrildiyi təqdirdə onunçun müdafiə avtomatik ödənişli olur. İllik təhsil haqqı  ümumi kredit sayına bölünərək fənnin kredit sayına vurulur.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları