Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 13:18:00
Prezident mükafatına layiq görülən Murad  –“Uğurlarımız bu səbəbdən artdı”

 

 Prezident İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama müvafiq olaraq, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra gənc mükafata layiq görülüb.

2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülən  gənclərdən biri -Murad Ağazadə  Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarında 5 qızıl və Beynəlxalq fənn olimpiadalarında 5 gümüş və 6 bürünc medal olmaqla 16 medal qazanıb.


Prezident mükafatına  layiq görülmə təəssüratını AzEdu.az-la bölüşən Murad gələcək hədəflərindən də söz açıb:

 

“Təqaüdə layiq görülməyim haqda xəbəri eşidəndə çox sevindim. Uğurlarım qarşılıqsız qalmadı. Buna görə dövlət başçımıza və Təhsil Nazirliyinə çox təşəkkür edirəm. Beynəlxalq Olimpiada Hazırlıq Mərkəzinin fəaliyyəti çox təqdirəlayiqdir.  Onlar daim olimpiadalara hazırlıq məqsədilə imtahanlar təşkil edirlər. Bu səbəblə bizim xarici ölkələrə çıxış imkanlarımız artır”.

Murad yeni hədəflərindən də danışıb:

“Xaricdə təhsil almağı ən böyük hədəfimdir. Artıq bir neçə universitetə qəbulla bağlı müraciət etmişəm. Ən əsas Cənubi  Koreyada təhsil düşünürəm”.

Firayə Allahverdiyeva