XƏBƏRLƏR

25.01.2020 17:35
"Müəllimlər arasında ixtisas olimpiadası”nın final mərhələsi başa çatıb

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”nın final mərhələsi başa çatıb.

AzEdu.az-ın məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan mərhələdə 9 ixtisas üzrə 354 nəfər qalib adı uğrunda mübarizə aparıb.

150 dəqiqə ərzində 5 sauala cavab axtaran finalçılar, 4 ixtisas 1 metodikadan yazı tipli suala cavab veriblər. Qeyd edək ki, qaliblərin adına fevralın 5-də keçirilək mükafatalandırma mərasimində aydınlıq gələcək. Hər ixtisas üzrə ilk 3 yerin sahibləri rəsmi qonaqlar tərəfindən sposorlardan verilmiş mükafatlara sahib çıxacaqlar.

Onlara “Baku Elektroniks”dən qiymətli hədiyyələr, “ACER”-dən noutbuklar, ən yaxşı nəticə göstərən şəxs isə “ES Travel” tərəfindən İstanbula iki nəfərlik bilet əldə edəcək. İlk sıralarda yer tutanlar "İydə Perfumeriya”dan brend ətirlər, “Saat Store”-dan saatlar, Nizami Kino Mərkəzindən 20 nəfərə kinoya bilet, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə iki nəfərlik şam yeməyi, Şərq – Qərb nəşriyyatından isə dəyərli kitablarla mükafatlandırılacaqlar.(trend)