Təhsil Nazirliyinin “SABAH” qruplarında 2019-2020-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə müsabiqədə iştirak üçün 27 vakant yer üzrə 351 namizəd qeydiyyatdan keçib.
Nazirlikdən AzEdu.az-a bildiriblər ki, hazırda müraciətlərin ilkin qiymətləndirilmə mərhələsi aparılır. Sənədləri uyğun olan namizədlərə müsahibə mərhələsinə dəvət barədə məlumat göndəriləcək.
İkinci mərhələ başa çatdıqdan sonra müsabiqə nəticələrinin ümumi yekun qiymətləndirilməsi aparılacaq.