Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-19 12:56:00
Amerikalı alimdən uzunömürlülük sirri

Lourens Cozef Ellison adına Transformativ Tibb İnstitunun təsisçisi, alim Devid Anqus “Sağlam Moskva” assambleyasında uzunömürlüyüyün sirrini açıb.

AzEdu.az xəbər verir kiEkspert yalnız təbii qidadan istifadənin zəruriliyini, vitamin və qida əlavələrindən imtina etməyi qeyd edib. Mütəxəssis, həmçinin qeyd edib ki, peyvəndlər barədə də unutmamaq lazımdır, xüsusilə də qripə qarşı. Alim nahar vaxtı bir bakal keyfiyyətli şərab içməyi məsləhət görüb. “Və ən əsası! Tənha qalmayın”, - Anqus əlavə edib.

O, insanları bütün işlərini yatmazdan iki saat əvvələdək yekunlaşdırmağa çağırıb. Anqus orqanizmi rejimə öyrəşdirməyin və sakit, komfortlu yataq yeri yaratmağın vacibliyini vurğulayıb. Bundan başqa, alim daim hərəkətdə olmağı, təkcə idman zalı ilə kifayətlənməməyi məsləhət görüb.(Qafqazinfo)