XƏBƏRLƏR

18.01.2020 11:12
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimlərə qəbul davam edir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi bir sıra istiqamətlər üzrə qısamüddətli təlimləri davam etdirir.

AzEdu.az xəbər verir ki, müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyənlər qeydiyyatdan keçərək seçimlərini edə bilərlər. Təlimlərin 15 yanvar tarixindən etibarən 3 ay müddətində davam etməsi nəzərdə tutulur və ödənişli əsaslarla həyata keçirilir. Təlimlərə qatılmaq istəyənlər üçün qeydiyyat formasına giriş linkdə yer almışdır. Mərkəz tərəfindən təşkil ediləcək təlimlərin tam siyahısı belədir:

Koreya standartları üzrə qurulan Mərkəzdə çalışan pedaqoji heyet Koreya Respublikasında təlimləndirilmiş və hazırda tədris prosesini ən son yeniliklərə əsaslanaraq təşkil etməkdədirlər.

Avtomatika

PLC proqramlaşdırma

Avtomobil

Avtomobil diaqnostikası və texniki qulluq

İKT

PHP Essentials

Java SE

Photoshop

İllustrator

Premiere

Sənayedə quraşdırılma

Əl ilə elektrik qövs qaynağı üzrə təlim (SMAW)

Qazla metal qövs qaynağı üzrə təlim (GMAW)

GTAW qaynağı üzrə təlim

Kompleks təlim

Mexanika

Mexanika təlimi

Solidworks

Mexanika CNC təlimi

Elektronika

Elektronikanın əsasları

Elektrotexnika

PLC/HMI və sensor idarəetmə

Elektrik işi və ardıcıl idarəetmə

İnşaat

AutoCad proqram təminatı