Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 09:00:00
TİPİİ-dən müəllimlərə dəstək – Suallarınızı bu “whatsapp” nömrəsinə yollayın

TİPİİ-nin İnsan Resursları Mərkəzi artıq  “whatsapp” hesabındadır.

AzEdu.az xəbər verir ki, müraciətlərinizi  İnsan Resursları Mərkəzinin “whatsapp” nömrəsinə ünvanlaya bilərsiniz.

TİPİİ-nin İnsan Resurları Mərkəzinin “whatsapp” nömrəsi isə aşağıda qeyd edilib:

070 430 52 78.

Qeyd edək ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı, iş yerinin dəyişdirilməsi müsabiqəsi və həmçinin müəllimlərin işə qəbul imtahanı ilə bağlı hər hansı sual və ya müraciətiniz olarsa, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi ilə (Telefon: +99412 430 52 78; Email: [email protected]) əlaqə saxlaya bilərsiniz.

Elektron poçt ünvanına göndərdiyiniz yazılı müraciətlərinizə 72 saat ərzində cavab veriləcək.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları