Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 15:18:00
Xarici universitetlərin diqqətini çəkən "Qlobal Mühəndislik Simpoziumu" yenidən keçiriləcək-Tezliklə

“Horizon Education Agency’’ və eyni zamanda Almaniyanın Freiberg Universitetinin dəstəyi ilə  Azərbaycanda ilk dəfə olaraq  “First Global Engineering Symposium” keçirilib.

AzEdu.az xəbər verir ki, 2020 – ci ildə 13-14 mart tarixində  Azərbaycanda ikinci  dəfə “Qlobal Mühəndislik Simpoziumu” Horizon Education Agency tərəfindən Azərbaycan Diaspora Dəstək Fondu və  Freiberg Universitetinin dəstəyi ilə keçiriləcək.

Dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərdən çağırılacaq professorlar və xarici şirkətlərdən dəvət olunmuş mühəndislər 2 gün ərzində keçiriləcək tədbirdə çıxış edəcək, öz təcrübələrini tələbə və mühəndislər, iqtisadçılar və maliyyəçilərlə bölüşəcəklər. Tədbirə  Almaniya, Kanada, Yunanıstan, İrlandiya, Malaziya, İndoneziya, Niderland, Cənubi Afrika, Portuqaliya, İran, Brazilya və Hindistan kimi ölkələrdən və yerli spikerlər dəvət olunub.
Tədbir iki gün ərzində  “STEP IT”-də təqribən 400 nəfərin iştirakı ilə keçirləcəyi nəzərdə tutulur.

Xatırladaq ki,  ötən il mart ayının 16-sında keçirilən tədbirdə 5 panel və hər paneldə 3 spiker çıxış edib.  Tədbirdə Polşa, Yunanıstan, Türkiyə, Rusiya, Almaniya, Hindistan, Malaziya kimi ölkələrdən və eyni zamanda yerli professorlar və mühəndislər dəvət edilib.

Həmin tədbirdə təqribən 250 tələbə və mühəndis iştirak edib. İştirakçılar nəinki, təqdimatçıların təcrübələri ilə tanış olub, həmçinin, onlarla birbaşa əlaqə yarada biliblər.Eyni zamanda  sponsorluq qismində müxtəlif mühəndislik sahəsində olan şirkətlərin nümayəndələri ilə  də birbaşa olaraq görüşüb, gələcək kariyeraları barədə məlumatlar əldə edə biliblər. Tədbirdən sonra simpozium barədə yerli və xarici ölkələrin xəbər portallarında və eyni zamanda Freiberg Universitetinin rəsmi saytında geniş məlumat yazılıb.  

 Qeyd edək ki, tədbirin foto və video görüntüləri ilə sayt və eyni zamanda youtube kanalı vasitəsilə    tanış ola bilərsiniz.