XƏBƏRLƏR

13.12.2019 15:39
Nazir müavini Abşeronda vətəndaşları qəbul edib

Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində Abşeron, Zəngilan və Şuşa rayon sakinlərini qəbul edib.

AzEdu.az xəbər verir ki, qəbuldan əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda Abşeron rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.