XƏBƏRLƏR

12.12.2019 10:22
Çinin nəhəng radio teleskopu yerdən kənar həyatın axtarışlarına başlayıb

Çinin Quancjou əyalətində quraşdırılmış 500 metrlik "FAST" (Five hundred meter Aperture Spherical Telescope) teleskopu istismara verilib. Onun köməyi ilə neytron ulduzları, həmçinin yerdən kənar sivilizasiyalardan gələn potensial siqnalları öyrənmək mümkün olacaq.

AzEdu.az  ictnews.az-a istinadən xəbər verir ki, Çində nəhəng radio teleskopunun sınaq mərhələsi başa çatıb və tədqiqatçılar artıq onu istismara verməyə hazırdırlar. O, Çinin cənubunda Quyçjou əyalətində yerləşir, hələ 2016-cı ilin sentyabrında 500 metr eni olan sferik teleskopdan istifadəyə başlanılıb.

Alimlər FAST radio teleskopundan müxtəlif məsələlərin həlli, həmçinin yerdən kənar intellektin axtarışı məqsədilə istifadə edəcəklər. Bundan əvvəl teleskopdan yalnız sınaq rejimində Günəşdən 100 işıq ilinədək məsafədə yerləşən və maqnit sahəsinə malik ekzoplanetlərin axtarışı üçün istifadə edilib.