Qazaxıstanda süni intellekt sahəsində ixtisaslaşmış yeni tədqiqat universiteti fəaliyyətə başlayır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Qazaq AI Research University süni intellekt üzrə mütəxəssislərin hazırlanmasına və bu sahədə elmi araşdırmaların aparılmasına yönələcək. Universitetə “AI Enabled University” xüsusi statusu verilib.
Universitetdə təhsil yalnız süni intellekt texnologiyaları ilə məhdudlaşmayacaq. “AI+X” modeli əsasında müxtəlif ixtisaslarda süni intellektin tətbiqi nəzərdə tutulur. Beləliklə, tələbələr həm seçdikləri peşə üzrə bilik əldə edəcək, həm də həmin sahədə süni intellekt texnologiyalarından istifadəni öyrənəcəklər.
Universitet Çin, BƏƏ və Finlandiyadakı ixtisaslaşmış mərkəz və ali təhsil müəssisələri ilə əməkdaşlıq qurmağı planlaşdırır. Həmçinin beynəlxalq AI təhsil platformasının yaradılması və xarici tələbələrin cəlb edilməsi nəzərdə tutulur.
Universitetin rəsmi məlumatına görə, bakalavriat proqramları 3 il davam edəcək və tədris ingilis dilində aparılacaq. Tələbələr üçün süni intellekt əsaslı fərdi təhsil imkanları və 24 saat fəaliyyət göstərən rəqəmsal köməkçi də nəzərdə tutulub.
Fidan Şahkərəmova