XƏBƏRLƏR

12.12.2019 09:21
Dezodorant həvəskarı məktəb avtobusunda qalmaqal yaratdı

Dözülməz dezodorant qoxusu səbəbindən, orta məktəb şagirdləri avtobusdan təxliyə olunub. 

AzEdu.az-ın məlumatına görə, “ABC Action News” xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. 

Şagirdlərdən biri dezodorantı həddən çox vurduğuna görə, məktəb avtobusunda qalmaqal yaranıb. Qoxu dözülməz olduğundan sürücü avtobusu təxliyə etmək qərarına gəlib. 

Hadisə yerinə hətta tibb işçiləri də gəlib, onlar şagirdləri müayinə ediblər. 

Məktəbliləri ünvana çatdırmaq üçün başqa avtobus çağrılıb.