Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 12:26:00
Tələbə dərsə tüfənglə gəldi: 3 ölü, 2 yaralı

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində silahlı insident yaşanıb.

AzEdu.az Rusiya KİV-nə istinadla xəbər verir ki, şəhərin İnşaat və Kommunal Kollecinin 19 yaşlı tələbəsi təhsil müəssisəsində adına qeydiyyatda olan ov tüfəngindən atəş açıb.

Dərsə gecikdiyi üçün auditoriyaya buraxılmayan tələbə tüfənglə qayıdaraq tələb yoldaşlarından birini başından vuraraq öldürüb. Daha 3 nəfəri də yaralan 19 yaşlı gənc kollecin 2-ci mərtəbəsində qalxaraq əraziyə gələn polis əməkdaşlarına atəş açıb. Sonra isə auditoriyalardan birində intihar edib.

Son məlumatlara görə yaralılardan daha biri dünyasını dəyişib. Beləliklə, Blaqoveşensk şəhərindəki insident zamanı ölü sayı 3-ə çatıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsi 105.2-ci maddə ilə (xuliqanlıq niyyəti ilə 2 və daha çox şəxsi öldürmə) cinayət işi açıb.