Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 12:00:00
Buraxılış imtahanlarının yekun nəticələri attestata necə yazılmalıdır? –Vacib məqamlar

2020-ci ildə keçiriləcək buraxılış imtahanları ilə bağlı sosial şəbəkələrdə şagirdlər tərəfindən çoxsaylı suallar ünvanlanır.

Redaksiyamıza da ən çox daxil olan suallardan biri təhsil sənədinə, yəni attestata yekun qiymətlərin necə yazılmasıyla bağlıdır.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, attestata yazılan bal qiymətə çevrilmir və məktəb tərəfindən şagirdə hər fənn üzrə verilən qiymətdən, ayrıca, yəni, fərqli qrafalarda yazılır.

Məsələn, IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı “tədris dili”, “Riyaziyyat” və “xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir.

Birinci mərhələdə şagirdlərə 45 , ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir.

İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal olaraq 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. Yəni şagirdlər attestatına 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın birinci mərhələsindən, 70 faizini isə imtahanın ikinci mərhələsindən toplaya bilərlər. Əgər şagird hər hansı buraxılış imtahanı fənni üzrə imtahanın birinci mərhələsindən 20, ikinci mərhələsindən isə 60 bal toplayıbsa, deməli, onun attestatına həmin fənn üzrə 80 bal yazılacaq.

XI sinif buraxılış imtahanları isə bir mərhələdə təşkil olunur və şagirdin attestatına yazıla biləcək maksimal bal 300-dür.

Xatırladaq ki, şagirdin sinifdən sinifə keçməsiylə bağlı buraxılış imtahanında göstərdiyi nəticəyə heç bir məhdudiyyət qoyulmayıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları