XƏBƏRLƏR

06.11.2019 11:44
Ötənilki qəbul imtahanlarının ürəkağrıdan göstəriciləri – Ağlayan rəqəmlər   

 

2018-ci ildə orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə imtahanda iştirak edən 19.538 nəfər abituriyentin 29.12%-i, heç olmasa, bir fənn üzrə 20 baldan, 74.39%-i 40 baldan aşağı nəticə göstərib.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumatda qeyd olunub ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul IX sinif üzrə buraxılış imtahanı standartları əsasında aparılıb. İmtahanda ən azı 60 bal toplayan abituriyentlər imtahanda iştirak edənlərin 4.43, ən azı 80 bal toplayanlar isə 0.25%-ni təşkil edib.

Qəbul olan 8785 nəfər abituriyentin, 62.03%-i heç olmasa, bir fənn üzrə 40 baldan, 10.80%-i isə riyaziyyat fənni üzrə 20 baldan aşağı nəticə göstərib. Qəbul olan abituriyentlərin arasında heç olmasa, bir fənn üzrə ən azı 60 bal toplayanların nisbi sayı 5.71-ə, 80 bal toplayanlar nisbi sayı isə 0.30-a bərabər olub.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu