Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-10 15:27:00
"Gəl danış" komandasının uğurlu səfərləri davam edir 

“Gəl danış” sosial təşəbbüs komandası "Bir səbət, bir ailə" və " Gəl oxu" layihələri çərçivəsində Zaqatala rayonun Gözbarax, Mamrux, Aşağı Tala, Yuxarı Tala kəndlərinə yollanıblar.

AzEdu.az xəbər verir ki, layihə təşkilatçıları  imkansız ailələrə ərzaq, geyim,  məktəbli uşaqlara isə məktəb ləvazimatları və s. hədiyyələr veriblər.  Bununla yanaşı, məktəblilərə  motivasiya xarakterli məktublar ünvanlanıb,  dərs vəsaitləri, bədii kitablar, uşaq ədəbiyyatı nümunələri  olmaqla 150-dən artıq kitab hədiyyə edilib.

Layihə rəhbəri bildirib ki, rayonlarda keçirilən belə tədbirlərə  fevral ayından etibarən başlanılıb və ilk səfər Neftçala rayonu Həsənabad kəndinə olub.

“ Nefçala rayonuna getdiyimiz zaman burada   9-11-ci sinif şagirdlərinə "Düzgün ixtisas seçimi" mövzusunda seminar da vermişik.  Bu il ərzində Quba rayonun Nügədi,  Neftçala rayonun Həsənabad, Marnueli rayonun  İlmazlo (2 dəfə),  Zaqatala rayonun  Aşağı Tala, Car, Yuxarı Çardaqlar kəndlərinə səfərlər təşkil etmişik.  İndiyə qədər iki mindən artıq kitab öz oxucularına çatdırılıb”.

O qeyd edib ki, “Gəl danış” komandası olaraq hər şənbə-bazar günləri ictimai, fəlsəfi, psixoloji  mövzularda  seminarlar keçirilir.

 Xatırladaq ki, “Gəl Danış” sosial təşəbbüs layihəsi  2018-ci il dörd  noyabrda fəaliyyətə başlayıb.

Ayşə Müseyib