XƏBƏRLƏR

10.10.2019 13:41
Təhsil naziri dünya uşaq rəsm sərgisində II yerə layiq görülən Kənan Arzumanovla görüşüb - FOTO

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ceyhun Bayramov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.

AzEdu.az xəbər verir ki, mərasimdə yaşanan maraqlı məqamlardan biri də Dünya uşaq sərgisində II yerə layiq görülən Kənan Arzumanovla bağlı olub. Təhsil naziri Ceyhun Bayaramov dünya uşaq rəsm sərgisində II yerə layiq görülən Kənan Arzumanovla görüşüb.

AzEdu.az  görüş anında çəkilən fotoları təqdim edir:

İlin gənc müəllimi-Müraciət formu