Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 10:51:00
Koreyada təhsil almaq istəyənlər üçün əla şans-Sərfəli təqaüd proqramı

Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.

AzEdu.az xəbər verir ki, bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər.

Təqaüdün müddəti isə 1 il dil hazırlığı + 4 il təhsil proqramıdır.

Təqaüd proqramında qarşılanan xərclər isə aylıq təqaüd 900.000 KRW, təhsil haqqı, dil kursu, yol və yataqxana xərci, sığortadır.

Təvəllüdü 1 mart 1995-ci ildən sonra olanlar təqaüd proqramına müraciət edə bilərlər.

Təqaüd proqramına ayrılan kvota isə 1 nəfərdir.

 Təqaüd proqramı haqqında ətraflı məlumat və tələb olunan sənədlər üçün müvafiq keçiddən istifadə edə bilərsiniz: https://bit.ly/2mcFdhv

Qeyd edək ki, namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər:

Əlaqə vasitələri: [email protected]  / 994-12-596-7901~3, 994-12-596-7904

Günel Yaşarqızı
Müəllifin digər yazıları