Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 13:29:00
NASA ekoloji xüsusiyyətləri ilə fərqlənən superkompüter hazırlayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası “Kosmik tədqiqatlarda və elmi kəşflərdə aparıcı rol oynamaq”dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir.

Lakin onun işi yalnız bizim qalaktikanı öyrənməklə bitmir. Belə ki, NASA Hewlett Packard Enterprise şirkətiylə birlikdə “Aitken” superkompüterini hazırlayıb.

AzEdu.az xəbər verir ki, www.onauke.info saytının yaydığı məlumata görə, “Aitken”in hesablama gücü nəzəri cəhətdən 3,69 petaflopsa çata bilir. Bu qədər yüksəksürətli iş mexanizminə onun 46,080 nüvə və 1150 hesablama qovşaqları zəmin yaradır.

Onun modul konstruksiyası daha az enerji ilə işlədiyi üçün “Aitken” öz sinfinin ekoloji cəhətdən ən üstün superkompüterlərindən biri kimi qəbul edilir. Onun konsepsiyası 2016-cı ildə yaradılan “Electra”nın prototipindən götürülüb.

NASA-nın hesabatlarında deyilir ki, ötən il “Aitken” superkompüterinin qidalanma modullarının enerji effektliyi 2 giqavat/saat həcmində enerjiyə və 11,35 milyon litr suya qənaət etməyə imkan verib.

NASA mütəxəssislərinin fikrincə, sayı 1500 nəfərdən çox olan alim və mühəndis tədqiqat aparmaq məqsədilə bu superkompüterə giriş əldə edə biləcək. “Aitken” onlara Günəşi daha detallı araşdırmağa və başqa bu kimi layihələri həyata keçirməyə kömək edəcək.