Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-14 11:14:00
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.

AzEdu.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi aşağıdakı kimidir:

Şuranın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri.

Şuranın üzvləri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri;

AMEA Naxçıvan Bölməsinin sədri;

Naxçıvan Muxtar Respublikasının təhsil naziri;

Naxçıvan Dövlət Universitetinin rektoru. (APA)