Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 17:45:00
Peşə məktəblərinə qəbulla bağlı şikayət müddəti bitdi

Peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb. 

AzEdu.az xəbər verir ki, komissiya şikayətləri 18 nömrəli Bakı Peşə Liseyində dinləyib. 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib.