Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 12:37:09
Gənclər Şəkidə toplaşdılar - Foto  

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbinin açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, Şəki  şəhərində keçirilən “Speak out” natiqlik məktəbində Bakı şəhəri ilə yanaşı 10 regiondan (Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz, Ş. Aran, Mərkəzi Aran və Q. Aran, Yuxarı Qarabağ, Lənkəran, Gəncə- Qazax və Şəki-Zaqatala regionları) gənclər iştirak edib.

“Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının artırılması, mövzuların araşdırılmasında kömək edilməsi, gənclərin araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, komanda ruhunun və fəallıqlarının artırılmasıdır.

Bildirilib ki, “Speak out” çərçivəsində gənclər “Natiqlik sənəti”, “Diksiya”, “Ünsiyyət bacarıqları” təlimlərində və “Nə?, Harada?, Nə zaman?”, “Breyn rinq” intellektual oyunlarında iştirak edəcəklər. İştirakçılar  fərdi inkişaf təlimləri ilə yanaşı keçiriləcək debat oyunları vasitəsilə də praktiki biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbi 10-14 sentyabr tarixlərində keçirilir.

Ayşə Müseyib