Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 16:59:00
Müəllimlərə nəzərinə: “Tutduğu vakant yerlə əlaqədar problemlə üzləşənlər iradlarını bura yazsın”

Yeni dərs ilinin əvvəlində işə qəbul olmuş müəllimlərin hər hansı problemlə üzləşməməsi məqsədilə İnsan Resursları Mərkəzi tərəfindən müvafiq müraciətlər araşdırılaraq operativ şəkildə cavablandırılır.

AzEdu.az xəbər verir ki, TİPİİ-nin İnsan Resursları Mərkəzi müəllimlərə müraciət ünvanlayıb:

“ Tutduğu vakant yerlə əlaqədar problemlə üzləşən şəxslərdən aşağıda qeyd olunan məlumatları İnsan Resursları Mərkəzinin “facebook” hesabındakı şərh bölməsinə bildirmələrini xahiş edirik:

Adı, soyadı və atasının adı;

Fənn və bölmə;

Ümumi təhsil müəssisəsinin və tabe olduğu yerli təhsili idarəetmə orqanının adı;

Müraciətin qısa məzmunu.

Neqativ halların aradan qaldırılması üçün yerlərdə hər hansı çətinliklə üzləşən şəxslərin müraciətləri və bu çətinliklərin yaranması səbəbləri İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən operativ şəkildə araşdırılaraq cavablandırılacaq.

Paylaşımla əlaqədar olmayan rəylər yazmamağınızı xahiş edirik”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları