XƏBƏRLƏR

03.09.2019 17:21
Xarici ölkələrdə təhsil alacaq gənclər icma sədri ilə görüşüblər - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyevlə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, qalib gəncləri təbrik edən və yeni təhsil həyatlarında onlara uğurlar arzulayan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətlərini diqqətə çatdırıb.

Bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərimizin üzərinə məsuliyyətli vəzifə düşür.”

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu