XƏBƏRLƏR

29.08.2019 12:01
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin vakansiya seçimi bu gün başa çatır

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi bu gün başa çatır.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək vakant yer seçib elektron ərizələrini təsdiq etməlidirlər.

İndiyədək 19 879 namizəd bu mərhələdə iştirak edib, onlardan 2 996 namizəd elektron ərizəsini təsdiqləyib.

Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

İlin gənc müəllimi-Müraciət formu