Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-27 15:11:05
Dövlət İmtahan Mərkəzi 600-dən çox bal toplayanlara müraciət etdi

600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az  saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bu il də ənənə davam etdiriləcək. İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr ediləcək.

Buna görə də yüksək bal toplayan gənclər 2019-cu il avqustun 27-dən etibarən Şəxsi kabinetinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmalıdırlar. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulmalıdır. Nəzərinizə çatdırırıq ki, saytda yalız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək.