XƏBƏRLƏR

22.08.2019 10:00
II qrup üzrə imtahan verən 12 mindən çox şəxs tələbə adını qazandı - STATİSTİKA

Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

Ümumilikdə 43.480 nəfər universitetlərə qəbul olunub.

Statistik məlumatlara əsasən, II ixtisas qrupu üzrə ali məktəblərə daxil olan abituriyentlərin sayı digər qruplarla müqayisədə daha çoxdur.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, II ixtisas qrupu üzrə 12.865 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

I ixtisas qrupu üzrə bu say 12.840 nəfər təşkil edir.

III ixtisas qrupu üzrə 11.143, IV qrup üzrə isə 3.434 nəfər universitetlərə daxil olub.

V qrup üzrə ali məktəblərə daxil olan abituriyentərin sayı 3.198 nəfərdir.

Qeyd edək ki, tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 %, 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox dolub.  Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70%-dən çox dolub.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu