Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-19 10:55:00
Bu iki sinfin bütün şagirdləri tələbə oldu - FOTOLAR

Bakıda iki məktəbin hər birində bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub.

İki orta məktəbin 11 a və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. 
Məzunlardan 8 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 b sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.

Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb. Onların 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 bal arası nəticə göstərib.