XƏBƏRLƏR

17.08.2019 12:48
Ehtiyat dərsliklər 6 min birinci sinif şagirdi ilə təkrar sınaqdan keçirilə bilər

Yeni tədris ilində ehtiyat dərsliklərin sınağına cəlb ediləcək birinci sinif şagirdlərinin sayı artırılacaq.

AzEdu.az xəbər verir ki, hazırda istifadədə olan yeni ehtiyat dərsliklər 5000-6000 birinci sinif şagirdi ilə təkrar sınaqdan keçiriləcək.

Hazırda birinci sinfin “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin ölkə səviyyəsində 123 sinifdə pilot layihə üzrə sınağı həyata keçirilir ki, bu siniflərin 48-i şəhər, qalanları isə rayon məktəblərindən seçilib.  Sınaq mərhələsi 3000-ə yaxın uşağı əhatə edib.

2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi isə davam edir. Yeni tədris ilində həmin dərsliklərin sınaqdan keçirilməsi nəzərdə tutulur. Həmçinin rus bölməsi üçün “Riyaziyyat” və “Azərbaycan dili” dərslikləri tərcümə edilir.

Eyni zamanda, bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklərin hazırlanıb istifadəyə verilməsi də planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanda 1-ci siniflər üzrə ehtiyat dərsliklərin tətbiqinə 2018-2019-cu tədris ilindən başlanılıb. 

Qeyd edək ki, ümumi nəticələr uğurlu olarsa, 2020-2021-ci tədris ilindən etibarən məktəblərimizdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə ehtiyat dərsliklərin tədrisi nəzərdə tutulub.  

İlin gənc müəllimi-Müraciət formu