Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 23:56:00
Baş  Nazir universitetin səlahiyyətin artırdı

Nazirlər Kabineti 2010-cu il 14 dekabr tarixli qərarla təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

AzEdu.az  xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə daxil edilib.