XƏBƏRLƏR

22.07.2019 11:15
Magistratura səviyyəsini Avropada oxumaq istəyənlərə əla xəbər- Bundan yararlanın  

Avstriya universitetlərində magistr dərəcəsində təhsil almaq istəyənlər üçün “Helmut Veith” təqaüd proqramı elan edilib.

AzEdu.az xəbər verir ki, proqram Avstriyanın  Vyana Texnologiya Universitetində ingilis dilində, kompüter elmləri ixtisası üzrə magistratura təhsil almaq istəyən xanımlar üçün nəzərdə tutulub.

Təqaüdü qazanan tələbələr illik 6000 avro və təhsil haqqından azad olacaqlar.

Namizədlərə verilən tələblər:

İngilis dili sertifikatı;

Motivasiya məktubu;

Kompüter elmləri və ya riyaziyyat üzrə bakalavr dərəcəsi;

Müşayiət məktubu;

 Transkript;

Diplom və ya sertifikatlar;

2 tövsiyə məktubu;

 Nəzərinə çatdıraq ki, “Helmut Veith” təqaüd proqramı üçün son müraciət tarixi 29 noyabr 2019-cu ildir.

Qeyd edək ki, təqaüd proqramı haqqında daha ətraflı məlumat və qeydiyyat üçün aşağıda göstərilmiş linkə daxil ola bilərsiniz:

 https://forsyte.at/helmut-veith-stipend/

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu