Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-13 15:56:00
Direktorluğa namizədlər təyinat aldıqları yerdə neçə il işləyəcəklər? - Cavab

Bu gün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə başlanılıb. Bu proses iyulun 19-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb.

Namizədlərin ən çox verdikləri sual isə namizədlərin neçə illiyə təyinat alacaqları ilə bağlıdır.

Sual:

Vakant direktor vəzifəsini tutmuş namizədlə əmək müqaviləsi nə qədər müddətə bağlanılır?

AzEdu.az xəbər verir ki, müsabiqənin nəticəsinə əsasən, vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanılacaq. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.

Qeyd eədk ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi qaydaları”na edilmiş dəyişikliyə əsasən, müsabiqədə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları