Azedu.az

Elmin informasiya təminatının formalaşdırılması məsələləri araşdırılıb

Maraqlı

17 İyun 2019, 15:03
Elmin informasiya təminatının formalaşdırılması məsələləri araşdırılıb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmin informasiya təminatının formalaşdırılması məsələləri araşdırılıb. Bu barədə institutun növbəti elmi seminarında şöbə müdiri Təhmasib Fətəliyev məruzə ilə çıxış edib.

İnstitutdan  bildirilib ki, məruzəçi elmin informasiya təminatı və təsnifatı, onun formalaşdırılmasına dair normativ-hüquqi sənədlər, qərar qəbulu prosesinin informasiya təminatı ilə bağlı problemlər və bu sahədə perspektivlər barədə məlumat verib.

Qeyd olunub ki, müasir informasiya texnologiyalarının tətbiqi ilə elmin informasiya təminatının formalaşdırılması, inkişaf etdirilməsi və strukturlaşdırılmış informasiyalar əsasında elmdə idarəetmə qərarlarının qəbuluna dəstəyin təmin olunması e-elmin aktual məsələləridir. Elmin informasiya təminatının formalaşmasında müxtəlif təyinatlı informasiya-analitik sistemlərin yaradılmasının xüsusi rolu var.

Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb. (Azərtac)

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox