Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-08 16:40:00
Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı necə aparılır? - I sinfə qəbul

 

Son günlər birinci siniflərə qəbulla bağlı suallar bitib-tükənmək bilmir. Qeyd edək ki, cəmi bir neçə gündən sonra- martın 13-də birinci siniflərə qəbul aparılacaq.

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən bu istiqamətdə ən çox verilən suallardan birinin cavabını valideynlərin diqqətinə çatdırır:

Sual: Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı necə aparılır?

Cavab: Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və xarici ölkənin doğum haqqında şəhadətnaməsi əsasında aparılır.