Azedu.az

Azərbaycan Universitetində “Red Team” və “Blue Team”  üzrə ikigünlük təlim keçirilib

Universitetlər

14 Aprel 2025, 14:33
Azərbaycan Universitetində “Red Team” və “Blue Team”  üzrə ikigünlük təlim keçirilib

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsinin tələbələri üçün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları  Assosiasiyasının (AKTA) dəstəyi ilə “MilliSec” kibertəhlükəsizlik şirkəti tərəfindən “Red Team” və “Blue Team”  üzrə ikigünlük təlim keçirilib. Təlimlər praktiki əsaslı, real keyslər üzərindən nümunələrlə aparılıb.

AzEdu.az-a universitetdən bildirilib ki, təlimin ilk günü “Red Team” üzrə təlimçi Zaur Qasımov “Serverlər və onların hücum vektorları”, “Port skanına giriş”, “Port skanının tətbiqi”, “Zəifliyin aşkarlanması və istismarı” mövzularında çıxış edib. Sonda “Real dünya hücum senariləri” mövzusunda CTF müsabiqəsi təşkil olunub.

Təlimin ikinci günü isə “Blue Team” üzrə təlimçi Fəxrim Səfərov “SIEM anlayışı, qurulması və konfiqurasiyası”, “XDR anlayışı, qurulması və konfiqurasiyası”, “CTI anlayışı, rolu və istifadə qaydası” mövzularında təqdimat edib. Təlimin sonunda CTF müsabiqəsi keçirilib.

Müsabiqənin nəticəsinə görə İnformasiya texnologiyaları ixtisası üzrə III kurs tələbəsi Abdulvahab Poladzadə I yerə, Kompüter mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Nahid Hüseynli II yerə,  İnformasiya təhlükəsizliyi ixtisası üzrə III kurs tələbəsi Yunis Bədəlov isə III yerə layiq görülüb. Qaliblərə “MilliSec” şirkəti tərəfindən sertifikat və hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, yarışın qalibləri  10 universitetin tələbələri  arasında təşkil olunacaq  CTF (Capture the Flag) yarışlarında Azərbaycan Universitetini təmsil edəcəklər.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox