Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində sənəd qəbulu onlayn aparılacaq.
AzEdu.az xəbər verir ki, 2021/2022-ci tədris ili üzrə sənəd qəbulu prosesinin reallaşdırılması üçün UNEC-də onlayn proqram təminatı hazırlanıb. Bakalavrlar aşağıda qeyd olunan sənədlərin elektron versiyasını Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyatın başlanması elan edildikdən sonra UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq tələbə kabineti qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidir.
Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan bakalavrların qeydiyyatı üçün tələb olunan sənədlər:
Təhsil haqqında sənəd – Diplomun və diploma əlavənin notarial təsdiqli surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər); cari ilin məzunları üçün universiteti bitirdikləri haqqında arayış.
QEYD: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.
Təhsil haqqından azad olunan bakalavrlardan tələb olunan sənədlər:
Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.
QEYD: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88), valideynin şəxsiyyət vəsiqəsinin surəti, tələbənin doğum haqqında şəhadətnaməsinin surəti. Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. (Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).
5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı), tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
Qeyd : Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.
Fakültələr (məktəb/mərkəz) barədə məlumat:
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
İqtisadiyyat və idarəetmə ixtisasları (26-cı proqram)
+99412 4404742
UNEC Biznes Məktəbi
MBA proqramı üzrə ixtisaslaşmalar (56-cı proqram)
+99412 497 62 67
Magistratura Mərkəzi
Texniki və texnoloji ixtisaslar (6,14,19,20,21,23,53,72-ci proqramlar)
+99412 5640537
//www.facebook.com/UNEC.MM.Qaynarxatt/
Təhsil haqlarını necə ödəmək olar?