Azedu.az

Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Elm və Təhsil Nazirliyi

14 Mart 2025, 12:55
Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

2024-cü ildə sertifikasiya imtahanının test mərhələsində keçid balını toplaya bilmədiyi üçün təkrar sertifikatlaşdırmaya cəlb edilən 7300 müəllimin 3400-ü uğur qazanıb.

AzEdu.az xəbər verir ki, bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair  hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən, həmçinin imtahanda iştirak etməyən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox