Azedu.az

İdman yarışlarında 66 500-dən çox təhsilalan iştirak edib

Elm və Təhsil Nazirliyi

12 Fevral 2025, 10:49
İdman yarışlarında 66 500-dən çox təhsilalan iştirak edib

 "Məktəbdənkənar fəaliyyətlərin inkişafı gənclərimizin gələcəyinə qoyulan ən mühüm investisiyadır"

AzEdu.az xəbər verir ki,  bu fikirləri “Məktəbdənkənar təhsil: Çağırışlar və pespektivlər” mövzusunda keçirilmiş konfransında MÜTDA-nın direktoru Eşqi Bağırov səsləndirib.

"Tədbirimiz yalnız məktəbdənkənar təhsil sahəsinin mövcud vəziyyətini qiymətləndirmək deyil, həm də bu sahənin gələcəyini qurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin gənc nəsli bizim ən qiymətli sərvətimizdir və onların hərtərəfli inkişafını təmin etmək, müasir dövrün tələblərinə cavab verən təhsil imkanları yaratmaq əsas hədəfimizdir.

Ötən tədris ilində məktəbdənkənar fəaliyyətlərdə təhsilalanların geniş iştirakı bizi çox sevindirir və onların bu sahələrə olan marağının göstəricisidir. Belə ki, idman yarışlarında 1 milyondan çox, yaradıcılıq tədbirlərində isə 66,500-dən çox təhsilalan iştirak edib. Bu rəqəmlər təsadüfi deyil, gənclərimizin potensialını, enerjisini və özünü ifadə etmək istəklərini açıq şəkildə əks etdirir.

Agentlik tərəfindən bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi çərçivəsində aparılan monitorinqlər göstərir ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli və müasir standartlara uyğun təşkili üçün müəyyən islahatlara ehtiyac var.

Məktəbdənkənar təhsil sahəsində hüquqi və normativ bazanın yenilənməsi, mövcud sənədlərin müasir tələblərə uyğunlaşdırılması və yeni normativ sənədlərin hazırlanması istiqamətində işlər davam etdirilir".

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox