AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
14 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
14 aprel Dünya Delfinlər Günüdür:
Delfinlər dişli balinalar qrupundan məməli heyvanlardır.Bütün məməlilər kimi istiqanlıdırlar. Havanın oksigeni ilə tənəffüs edər, doğuraraq törəyər və balalarını südləri ilə bəsləyərlər. Delfinlər cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdir. Diri bala doğurlar. Hamiləlik müddəti 10–18 ay arasında dəyişir. Dışı delfin adətən uzunluğu 50-60 sm olan bir bala doğur və balasının qayğısına həssaslıqla qalır. Delfinlər gec böyüyürlər. Onlar 20-30 ilə qədər yaşayırlar.
Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir.
Yəni insan necə yeriməyə qərar verirsə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir.Delfin yatdıqda beyinin sağ və sol yarımkürələrini təqribə 15 dəqiqə fasilə ilə işlədirlər.
14 aprel 1912-ci il il gecə – saat 23.40-dan başlayaraq dövrün ən iri gəmisi olan Titanik batıb:
Titanikinreklamlarında belə yazılmışdı: “Bu gəmini heç cür batırmaq mümkün deyil”. Lakin onun qarşılaşdığı nəhəng buz parçası (aysberq) bu iddianın yanlışlarını ortaya çıxardı: toqquşmadan 5 dəqiqə sonra gəmi batmağa başladı. Qəzada 2224 sərnişindən 1513-ü həlak oldu.
14 aprel 1870-ci ildə Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturqu Nəriman Nərimanov anadan olub:
O, Qori seminariyasını bitirdikdən sonra Tiflisdə qalıb, müəllim işləyib. 38 yaşında Odessa universitetinin tibb fakültəsini bitirən Nəriman orada inqilabi fəaliyyətinə görə Həştərxana sürgün olunub.
Rusiya Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradandan sonra – 1920-ci ilin aprelində Nərimanov Azərbaycan Xalq Komissarları Sovetinin sədri seçilib. Çalışdığı müddət boyu Dağlıq Qarabağın rəsmi Moskva tərəfindən Ermənistana verilməsinin qarşısını alıb.
Nəriman Nərimanovun “Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah” pyesləri, “Bahadır və Sona” povesti, “Pir” hekayəsi Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri sırasındadır.
14 aprel 1952-ci ildə Azərbaycan telejurnalisti Alı Mustafayev Qazaxda anadan olub:
Alı Mustafayev 1991-ci il noyabrın 20-də Qarabağda Qarakənd yaxınlığında vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində 39 yaşında həlak olub.