Azedu.az

Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli vəfat edib

Xəbərlər

21 Mart 2025, 14:23
Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, folklorşünas Elxan Məmmədli vəfat edib.

 

AzEdu.az xəbər verir ki, E.Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

 

Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-79) işləyib və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilib.

 

1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli həmin ildən böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb. 1998-ci ildə "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

 

1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında "Bulaq", "Ustadnamə", "Sazın-sözün sehrində", "Gözəlləmə" və "Sarıtel" verilişlərinin müəllifi və aparıcısı olub.

 

1999-cu ildən AMEA-nın Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri idi.

 

2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox