Azedu.az

Atalarının açdığı yolda böyüyən şəhid övladları - FOTOLAR

Xəbərlər

18 Mart 2025, 16:09
Atalarının açdığı yolda böyüyən şəhid övladları - FOTOLAR

Şəhidlər özlərindən sonra yarımçıq həyat hekayələri qoyurlar. Onların ömrü sona qədər yazılmamış romana bənzəyir. Ailələrinin "yaşasaydı ilə" başladığı düşüncələri bəlkə də, ölüm xəbərini eşitdikləri andan daha çox kədər yaşadır onları. Arzuların, planların da ömür kimi yarımçıq qaldığı şəhidlər yaddaşlarda yaşamağa davam edir. Ölkənin dört bir yanında olan şəhid şəkillərin, baralyeflərin görən insanların da ağlından o söz keçir – yaşasaydı nə edərdi, harada idi kimi heç vaxt cavab tapmayacaq suallar ürəkdən-ürəyə kök salan ağac kimi şaxələnir. 

İkinci Qarabağ müharibəsində ölüm şəhidləri hekayələrinin tam ortasında tutdu və başqalarının yaddaşında davam etdi. Şəhid övladlarını görəndən sonra isə anlayırsan ki, onlar tək yaddaşlarda yox, həm də balaca canlarda yaşayır. Bioloji olaraq atalarına çox oxşayan bu uşaqların hərəkəti, istedadı, vətənə qatmaq istədikləri də atalarına bənzəyir. Sanki kiçik ürəkləri müharibəyə gedən ürəklərlə eyni tempdə, eyni səsdə, eyni istəklə döyünür. 

Dünən şəhid ailələri ilə birlikdə olduğumuz tədbirdə insanı ilk düşündürən şəhidlərin istedadlı uşaqlar idi. Uğurlarının atalarının görməməyi içdən-içə hamımızı təəssüfləndirirdi. İncəsənətin müxtəlif sahələrində çıxış edən uşaqları yaxından gördükcə tanış sima, amma bir o qədər də əvəzolunmaz cizgilər müşahidə edirdik. Sanki cavabı hiss edirdik, amma tapa bilmirdik. Bu fikir ağlımızdan tam getmişdi ki, uşaqlarla ataları haqqında danışmağa başladıq, əvvəllər birlikdə çəkdirdikləri şəkilləri gördük. 

Elə bu vaxt başa düşürsən ki, onlar yarımçıq taleyləri davam etdirən fidanlardır. Ağacın ən güclü budağından düşüb eyni kök üstə, eyni cığırda böyüyən, sonda da eyni barı verən körpə ağaclar kimi idi uşaqlar. Amma daha güclü, böyüməyə və bar verməyə tələsən körpələr idilər. Böyüməyə ona görə tələsirlər ki, atalarının tamamlanmamış hekayəsinin tamamlasınlar. Qarabağı azad edən atalarının orada yaşamaq – yaratmaq arzuları bu körpələrin simasına da, ürəyinə də hopmuşdu.

Fotolar "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə məxsusdur.

1423589

 

1423588

1423586

1423585

1423584

1423583

1423582

1423581

1423580

1423579

1423578

1423577

1423576

1423575

1423574

1423573

1423571

1423572

1423570

1423569

1423568

1423567

1423566

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox