Azedu.az

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Məktəblər

Təhsil Nazirliyi

14 Mart 2025, 15:17
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

AzEdu.az-a MÜTDA-dan bildirilib ki, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Bu günə qədər 14000 müraciət portala daxil edilib, 10000 şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart tarixindən etibarən dayandırılıb və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox